Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Hacı krediti

Haramla isə halal iş görmək mümkün deyil

Qalib İBRAHİMOĞLU

Maşın almaq istəyirik, kredit götürürük, ev almaq, evi təmir etdirmək istəyirik, birinci yada düşən bank olur, kredit götürmək lazımdır, axı. Kreditlər artıq həyatımızın bir parçasına çevrilib. Belə getsə, kredit yoluyla hacı olmaq da mümkün olacaq…

Tək-tük ailə tapılar ki, hansısa işini kreditsiz yola versin, hansısa problemini kredit götürmədən həll etsin. Kredit götürmək o qədər asanlaşıb ki, indi hər yerindən duran banka qaçır. Maşın almaq istəyən də, evini dəyişmək fikrinə düşən də, tikinti işi aparmaq niyyətində olan da kredit götürür.

Düzdür, ötənilki devalvasiyadan sonra kredit götürənlərlə banklar arasında bir narazılıq yaranıb. Belə ki, dolların kursu 0,78 olanda dollarla kredit götürənlər indi onu köhnə məzənnəylə qaytarmaq istəyir, banklarsa yaxa ələ vermirlər. Camaatın halına acıyan bir-iki deputat var ki, ara-sıra parlamentdə bu məsələni qaldırırlar, amma hələ bir nəticə yoxdur. Odur ki, son zamanlar kredit götürənlərin sayında bir balaca azalma hiss olunur.
Kreditin müxtəlif növləri var; biznes kreditləri, istehlak kreditləri, mikro kredit, aqro kredit, təmir krediti, avtomobil krediti və s. və i. Belə getsə, bir azdan Hacı krediti də olacaq və hacı olmaq istəyənlər kredit götürüb ziyarətə gedəcəklər.

QMİ bu il ilk dəfə Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün ziyarət xərcini kreditlə ödəmək imkanının yaradılmasını təklif edir. Bu isə heç də birmənalı qarşılanmır. Məsələn, bəziləri faizlə pul götürüb Həccə getməyin halal olmadığını deyir. Biri elə ilahiyyatçı Elşad Miri deyir ki, bir insan bankdan faizlə pul götürüb Həccə getməyi planlaşdırırsa, bu, doğru və bütünlüklə halal deyil. Haramla isə halal iş görmək mümkün deyil.

İslam dinində belə bir anlayış yoxdur. Allah gücü olanların Həccə getməsini əsas götürür. “Həcc ziyarəti 3 gündür. Ondan sonra qalan 17 günü isə bazarlıqlara həsr edirsənsə, bu, onun mahiyyətini bir kənara qoyur”.

QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli isə ziyarət üçün tələb olunan məbləğin hissə-hissə ödənilməsini dini nöqteyi-nəzərdən yolverilən sayır: “Əsas buna imkanın olması vacibdir”.

İndi bankların borclularla problemləri hamıya bəllidir. Belə ki, çox vaxt kredit götürmək istəyən şəxs qoyduğu girovun qara taleyini göz altına alır. Yəni, krediti qaytara bilməyəndə qoyulan girov satışa çıxarılır və dəyər-dəyməzinə satılır, bank da ordan öz borcunu götürür.
Girov qoya bilməyəndə isə iş yerindən arayış istənilir və bu zaman bir-iki zaminin olması şərtdir. Zaminlərin isə burada öz öhdəliyi var. Hansı ki, bu, Mülki Məcəllə ilə tənzimlənir. Əgər borclu pulu ödəyə bilməsə, bu halda zamin həmin pulu ödəyir.

Başqa bir forma isə zaminsizdir ki, bizdə də bir qayda olaraq, banklar zaminsiz kredit vermir. Bu halda, qeyri-rəsmi zaminlərdən istifadə edirlər. Qohum-əqrəbanın koordinatları, telefon nömrələri götürülür. Krediti qaytara bilmirsənsə, bu halda, hər gün üçün faiz hesablanır. Bank bir müddət gözləyir, görür ki, krediti vermirsən, məhkəməyə müraciət edir. Məhkəmə qərar qəbul edir ki, sən krediti necə qaytarmalısan.

Hə, indi özünüz fikirləşin, bu şərtlər altında hacı olmağa dəyərmi?

MÜZAKİRƏ

1 şərh Hacı krediti üçün

  1. ramazan dedi:

    pul verib geri alanda verilen meblegden artig ne alinsa selemdir.adi kredit veya lizing veya nisiye olsun ferg etmez.faizdir.ALLAH selemi haram edib.dushunun kime qarshi cixirsiniz.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...