Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Hacı Şahin Həsənli məscidlərdə oxunan xütbələrdən danışdı

“Məscidlərdə xütbələr zamanı gəncləri elm öyrənməyə səsləyən fikirlərə yer verilməlidir”.  “Din.az” “Report” istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, İslam dini inkişafın tərəfdarıdır: “İslam dinində dayanmaq, bir gün inkişafdan qalmaq tənəzzülə bərabərdir. İslamda mərkəzdə insan və onun mənafeyi dayanır. İstənilən yenilik ağlın süzgəcindən keçirilərək qəbul edilə bilər”. […]

“Məscidlərdə xütbələr zamanı gəncləri elm öyrənməyə səsləyən fikirlərə yer verilməlidir”. 

“Din.az” “Report” istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, İslam dini inkişafın tərəfdarıdır: “İslam dinində dayanmaq, bir gün inkişafdan qalmaq tənəzzülə bərabərdir. İslamda mərkəzdə insan və onun mənafeyi dayanır. İstənilən yenilik ağlın süzgəcindən keçirilərək qəbul edilə bilər”.

Ş.Həsənli bildirib ki, milli mentalitet, dəyərlər adət-ənənə toxunulmaz deyil və təftiş edilə bilər: “İslam insana faydalı olan yeniliyin, inkişafın tərəfdarıdır. Məlumatsızlıq olan yerdə radikalizm çiçəklənir. Buna qarşı mübarizə aparmağın yolu doğru şəkildə maarifləndirilmədir. Məktəbdə din ziyalılar tərəfindən öyrədilməlidir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...