Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Hacı”nın oğurladığı pulun yarısı Aylinin hesabına qaytarılacaq – Bankdan açıqlama

Müalicə üçün toplanılan vəsaitin geri qaytarılması istiqamətində bank ciddi addımlar atacaq.

Bir neçə gün əvvəl leykoz xəstəliyindən əziyyət çəkən 3 yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pullar dələduz tərəfindən oğurlanıb.

Din.az “Qafqazinfo”ua istinadən xəbər verir ki, saytımızda da dərc olunan şikayətdə bildirilirdi ki, Rusiyada yaşayan və özünü hacı kimi təqdim edən biri “Bank of Baku” ya məxsus kart məlumatlarını istəyərək 50 min manat məbləğində yardım edəcəyini söyləyib.

Daha sonra kartdakı vəsait yoxlanarkən cəmi 135 manat pul qaldığı və dələduzluğa məruz qalındığı öyrənilib.

“Qafqazinfo” bu məqamda “Bank of Baku” ya müraciət edərək kartla bağlı təhlükəsizlik məsələsinin necə qorunduğu ilə bağlı maraqlanıb.

Bu arada bildirək ki, şikayətçi Rahil Cəfərov kartı Bank of Bakunun Ayna Sultanovada yerləşən baş ofisində açdığını deyib və o, saytımıza bildirib ki, kartı açan zaman əməkdaşlar ona təhlükəsizlik məsələsi ilə bağlı sms xidmətini aktivləşdirməklə əlaqədar məlumat verməyiblər.

Bankdan sorğumuza ilkin araşdırmanın cavabı göndərilib. Bildirilir ki, uşağın müalicəsi üçün toplanılan vəsaitin geri qaytarılması istiqamətində bank tərəfindən ciddi addımlar atılır və görülən mühüm işlərin nəticəsində oğurlanan vəsaitin yarısı blok olunub, yəni dələduz tərəfindən istifadəsi qeyri-mümkün edilib. Blok olunmuş vəsaitin ən qısa zamanda uşağın hesabına geri qaytarılacaq. Eyni zamanda oğurlanmış vəsaitin digər hissəsinin də karta geri qaytarılması üçün də bank maksimum dərəcədə dəstək göstərəcək.

Bununla yanaşı, verilən məlumata görə kartda 3D təhlükəsizlik xidməti aktiv olsa da, əməliyyat aparılan saytlarda xidmət deaktiv edildiyindən və kartın bütün məlumatları dələduzda olduğundan onunla bağlı heç bir SMS gəlməyib. Müştəri SMS məlumatlandırma xidmətinə qoşulmaqla bağlı bankın təklifindən imtina etdiyi üçün aparılan əməliyyatlarla bağlı da SMS daxil olmayıb. Belə bir hal ilə qarşılaşmamaları üçün, bank rəsmisi bütün kart istifadəçilərindən öz təhlükəsizliklərinin qorunması məqsədilə kart məlumatlarını digər şəxslərə göndərməməyə çağırır. Həmçinin, kartda edilən bütün əməliyyatlar haqqında xəbərdar olmaları üçün SMS məlumatlandırma xidmətinə qoşulmanın faydasını bir daha xatırladır.

Bu hadisə ilə bağlı isə “Bank of Baku” tərəfindən aparılan araşdırma ciddi şəkildə davam edir, dələduzun kimliyi, vəsaitin harada və necə istifadə olunması ilə bağlı əldə olunan bütün nəticələrə dair məlumat hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...