Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hacıqabulda məsciddən oğurluq edildi

Məsciddən ümumilikdə dəyəri 200 manat olan əşyalar oğurlanıb.

Hacıqabulda məsciddən oğurluq edən şəxs narkotiklə saxlanılıb.

Din.az APA-ya istinadən xəbər verir ki, Hacıqabulda yerləşən Hacıyadulla məscidi dini icmasından Hacıqabul Rayon Polis Şöbəsinə oğurluq barədə ərizə daxil olub.  Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Cahangirov Sirac Şakir oğlu saxlanılıb. Saxlanılan zaman onun üzərindən 0,161 qram heroin aşkar edilərək götürülüb.

Oğurlanan əşyalar –ümumilikdə dəyəri 200 manat olan su nasosu, səsgücləndirici və maqnitofon maddi sübut kimi götürülərək istintaq işinə əlavə edilib.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...