Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
2_470

Haitinin ilk minarəli məscidi ibadətə açıldı – FOTO

Share Button

Tikintisi 2014-də başlayan məscid Ramazanda Haiti müsəlmanlarının ixtiyarına verildi

Türkiyə Diyanət Vəqfi Haitidə ölkənin ilk minarəli məscidi Boukman Buxaranı tamamlayaraq Ramazanda ibadətə açıb.

“Din.az” xəbər verir ki, təqribən 5 min müsəlmanın yaşadığı Latın Amerikası ölkəsi olan Haitidə inşa edilən ilk minarəli məsciddə artıq ibadətə başlanılıb. Müsəlmanlar bölgədə illərdir həsrətində olduqları azan səsi ilə oruclarını açaraq təravih namazlarını qılır.

2_4639

TDV-nin baş direktoru Mustafa Tutkun verdiyi açıqlamada, məscidlərin, cəmiyyətin dini, sosial və mədəni baxımdan inkişaf etməsində vacib rol oynadığını söyləyib. Vəqfin, məscid və təhsil mərkəzləri tikmək kimi fəaliyyətlərinin sadəcə Türkiyə ilə məhdudlaşmadığını qeyd edən Tutkun, bu işlərin xüsusilə xarici ölkələrdə məscidləri olmayan müsəlmanlar üçün də gerçəkləşdirildiyini vurğulayıb.

Ölkənin ilk minarəli məscidi özəlliyini daşıyır…

2010-cu ildə Haitidə 300 min insanın həyatını itirdiyi zəlzələdən sonra müsəlmanlar üçün məscid tikilməsinin gündəmə gəldiyini deyən Tutkun, “TDV olaraq məscid və təhsil mərkəzlərinin tikintisinə daxil olan Haitidəki Boukman Buhara Məscidinin inşasına 2014-cü ildə başladıq. Ramazanda da məsciddəki işləri tamamlayaraq ibadətə açdıq. Boukman Buxara ölkədə ilk minarəli məscid olma özəlliyini daşıyır” əlavə edib.

2_470

Türkiyədə və xarici ölkələrdə məscidlərin tikiləsinə bayraqdarlıq etdiklərini deyən Tutkun, “TDV, bu gün azan səsinə həsrət qalan müsəlmanlar üçün sevgi məkanları olan məscidlər inşa etməkdədir. Vəqfimizin hələ 9 ölkədə 17 məscid inşaatı, 7 ölkədə yerin təsis edilməsi və layihələndirilməsi işləri daxil olmaqla 24 məscid layihəsi var. Türkiyədə isə 5 məscidin inşaatı, 4 məscidin isə layihələndirmə işləri davam edir” deyə qeyd edib.

550

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top