Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Halal qida” nədir? – ARAŞDIRMA

Haram olan qatqı maddələrin olduğu məhsulların qarşısını almağın yeganə yolu halal sertifikatdır.

Gün keçdikcə artıq bir ehtiyac deyil, zərurət olaraq istər istehsalçılar, istərsə də istehlakçılar tərəfindən qəbul edilən halal sertifikatlı məhsullar bütün dünyada sürətlə yayılmaqdadır. Bu mövzuda müsəlman istehlakçıların halal sertifikatlı məhsul tələb etmələri daha da geniş vüsət alıb. Belə ki, artıq halal sertifikatlı məhsulların Halal ticarət və halal məhsul bazarını meydana gətirməsi də qaçılmazdır.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, “Halal qida” anlayışı, beynəlxalq “The Codex Alimentarius” komissiyası tərəfindən “İslami qaydalar çərçivəsində istehsalına icazə verilən qida” mənasını daşıyır. İslami qaydalara görə, qadağan olan, hər hansı bir ünsürü ehtiva etməyən, qatqılardan təmizlənmiş yerlərdə və ya cihazlarda hazırlanan və qablaşdırılan məhsul olaraq xarakterizə olunur.

mercan_ucaraqro_81a7acbf1637dc2db5d12f4aa8743cb8

Bu gün dünyada müsəlmanların istər çox yaşadığı ölkələrdə, istərsə də az yaşadığı dünyəvi və qeyri-müsəlman ölkələrdə halal sertifikatlı məhsullar bazara çıxarılmaqdadır. Xüsusilə də Cənub-Şərqi Asiya və Yaxın Şərq kimi bölgələrdə idxal edilən məhsulların üzərində “Halal” loqosu bir zərurət halına gəlməkdədir.

Mütəxəssislər artıq halal məhsulların sadəcə içki və qida sənayesində tələb edilmədiyini, istehlakçıların savadlanaraq xidmət sektoru, sağlamlıq və dərman sənayesində, kosmetika, maliyyə və bank sektorlarında da halal xidmət tələb etdiklərini bildirir.

Hazırda jelatin, MSG, sodyumnitrit, aspartam, sistain və sair kimi yüzlərlə zərərli və haram olan qatqı maddələrin olduğu məhsulların qarşısını almağın yeganə yolu halal sertifikatdır.

Qlobal olaraq dünyadakı halal sertifikatlı qidaya tələb potensialının 1 trilyon dollar, qidanın xaricindəki digər sektorlarda bu rəqəmin 3 trilyon dollar ola biləcəyi təxmin edilir. Avropa qaynaqlarına baxsanız yalnız Avropa üçün 80 milyard dollardan söz edilməkdədir ki, Avropa firmaları bu rəqəmin hamısına sahib ola bilmək üçün layihə üzərində işləməkdədir. Yaponiya, Çin, Braziliya, Avstraliya, Cənubi Koreya, Filippin və Amerika da bu bazara gözlərini dikib. Türkiyənin isə illik halal məhsul və xidmət tələbinin 187 milyard dollar, ixracatının isə 12 milyard dollar olduğu təxmin edilməkdədir. Türkiyə dünyanın halal məhsul tələbini qarşılamaq üçün ixracatını artıraraq bu sahədə böyük pay sahibi ola bilər.

Qeyd edək ki, insanların yediklərinə hakim olanlar, o insanların idarəçiliynə də söz sahibi olurlar.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...