Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“HALAL” sertifikatını artıq bu qurum verəcək – YENİLİK

Qida Təhlükəsizliyi Agentliyinin hüquqi bazası yaradılır.

Bundan sonra ölkədə fəaliyyət göstərən şirkətlərə “halal” sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Foodinfo.az saytına Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib.

Agentlikdən qeyd olunub ki, hazırda ölkə qanunvericiliyinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin hüquqi bazası yaradılır:

“Sahibkarlar “halal” sertifikatını hələ ki, əvvəlki qaydada almağa davam edirlər. Agentliyin hüquqi bazası formalaşdıqdan və tam fəaliyyətə başladıqdan sonra bu sertifikatı Qida Təhlükəsizliyi Agentliyi verəcək”.

Qeyd edək ki, hazırda şikətlərə “halal” sertifikatını “AzeSert Halal” sertifikatlaşdırma orqanı verir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...