Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Halal turizm reytinqi açıqlandı: Azərbaycan neçəncidir? 

130 ölkənin siyahısında Azərbaycan neçənci sıradadır?

Müsəlman ölkələrindən ən çox səfər edilən dövlətlərin reytinqi açıqlanıb.

Din.az xəbər verir ki, siyahıda İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlər arasında İndoneziya və Malayziya liderlik edir, Türkiyə ikinci, Səudiyyə Ərəbistanı isə üçüncü pillədədir.

İƏT-ə üzv olmayan ölkələr içərisində isə birinci yerdə Sinqapur, ikinci yerdə Tailand, üçüncü yerdə isə Tayvan, İngiltərə və Yaponiya qərarlaşıb.

130 ölkənin adı olan siyahıda Azərbaycan isə 25-ci sıradadır.

Qeyd edək ki, islam turizmi reytinq cədvəli hazırlanarkən halal yemək, ibadətgahlar, tolerantlıq, təhlükəsizlik və s. amillər nəzərə alınıb. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...