Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hameneidən etirazlara ilk reaksiya: Silah, pul…

Hamenei: “Ölkədəki son proseslər xaricdən qaynaqlanır”.

İranın Ali dini lideri Ayətullah Əli Hamenei ölkədə son günlər artan etiraz aksiyaları ilə bağlı ilk dəfə açıqlama verib.

Din.az xəbər verir ki, Hamenei ölkədəki son proseslərin xaricdən qaynaqlandığına işarə edib. O qeyd edib ki, İranın xarici düşmənləri ölkədə üsyan çıxarıb və bunu silah, pul və kəşfiyyatın köməyi ilə edib.

Xatırladaq ki, bir müddət əvvəl İranın Məşhəd şəhərində başlayan və 20-dən çox şəhərə yayılan etirazlar nəticəsində 27 nəfərin öldüyü, 300 nəfərin xəsarət aldığı, 700-dən çox adamın həbs olunduğu deyilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...