Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hamı eyniləşəcək: Qəbiristanlılarla bağlı sərəncam veriləcək

“Bu qədər dəm-dəsgaha, artıq xərclərə ehtiyac qalmayacaq”.

Siyavuş Novruzov: “Yaxın zamanda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbirstanlıqların yaradılması və idarə olunması ilə bağlı sərəncam olacaq”

“Yaxın zamanda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqların yaradılması və idarə olunması ilə bağlı sərəncam olacaq. Sənəddə qəbiristanlıqlar üçün yerlərin ayrılması, idarə olunması, formaları kimi məsələlər öz əksini tapacaq”.

Din.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov qəbiristanlıqlarla bağlı məsələdən danışarkən deyib.

O, bildirib ki, bəzən insanlar tərəfindən qəbiristanlıqlarda qabaqcadan yerlər alınır. Bu məsələlərdə ardıcıllıq həyata keçirilməlidir: “Hökumət tərəfindən hazırlanan sənəd belə problemlərin qarşısını alacaq. Bu qədər dəm-dəsgaha, artıq xərclərə ehtiyac qalmayacaq”.

S. Novruzov qeyd edib ki, müasir dövrdə elə xəstəliklər var ki, bu xəstəlik uzun müddət həllini tapa bilmir və bu cür xəstəliyə tutulan insanlar əkin sahələrindən, məktəb, xəstəxana və su hövzələrindən kənarda dəfn edilməlidir: “Əks halda, bu problemlərə səbəb olur. Bundan əlavə, yas və dəfn mərasimi ilə bağlı analayışlar fərqlidir. Bələdiyyələrin üzərinə yasla bağlı xərclərin qoyulması onların işində çətinliklər yarada bilər. Əgər kiminsə dəfn etməyə imkanı yoxdursa, o zaman bələdiyyələr belə insanlara yalnız dəfn mərasimində yardım etməlidir. Amma yas mərasimini ev sahibi özü istəyinə uyğun şəkildə keçirməlidir. Əgər biz bələdiyyələrə yas mərasimi ilə bağlı səlahiyyət versək, o zaman hər kəs bələdiyyəyə müraciət edəcək və bu da onların üzərinə yük olacaq”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...