Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Hansı heyvanların qurban kəsilməsinə icazə verilir? – İlahiyyatçı…

“Qurban, mal varlığına bağlı olan ibadətlərdən biridir.”

Qarşıdan müəqəddəs Qurban bayram gəlir. Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir.

Din.az bildirir ki, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov Moderator.az-a açıqlamasında Qurban bayramı haqqında danışdı:

“Qurban, ərəb dilində “qaraba”, yaxınlaşmaq kökündən düzəlib, yaxınlıq bildirir. Şəriətdə isə Qurban, böyük hәcc ayı olan Zilhiccə ayının onuncu (bayram) günündә, bayram namazından sonra Allaha yaxınlaşmaq niyyəti ilə kəsilən heyvana deyilir. İbadət niyyəti ilə xüsusi vaxtda, müəyyən xüsusiyyətləri daşıyan heyvanın kəsilməsinə də Qurban deyilir. Qurban üçün ərəb dilində “udhiyyə” və “zəbh” sözləri də ifadə olunur. Mənası ibadət niyyəti ilə heyvan kəsmək deməkdir. Qurban, mal varlığına bağlı olan ibadətlərdən biridir. Bu Allah təalanın bəxş etdiyi nemətlərin şükrünü vermək üçün bir borcdur. Hər bir müsəlman gücü çatan qədər Allah yolunda Qurban kəsməlidir. Qurban ibadətinin tarixi olduqca qədim dövrlərə gedib çıxır. Bu gün dinimizdə bunu İbrahim əlehissalama dayandırırıq.

Allahın peyğəmbəri olan İbrahim əlehissalam bir oğlu olacağı təqdirdə onu Allah yolunda qurban edəcəyini nəzir etmişdir. Aradan illər keçmiş, İbrahim peyğəmbərin oğlu olmuş, amma İbrahim peyğəmbər nəzirini unutmuşdu. Bu səbəblə Allah təala yuxuda İbrahim peyğəmbərə oğlu İsmayıl peyğəmbəri qurban kəsdiyini göstərmiş, nəzirini yadına salmış, İbrahim peyğəmbər nəzirini yerinə yetirmək üçün oğlu İsmayıla müraciət etmişdir. İsmayıl əlehissalam atasına itaət etmiş, atasına demişdir ki, Allaha verdiyin nəziri yerinə yetir. İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsmək istəyərkən Allah təala onun yerinə qoyun göndərmiş və hər ikisi bu imtahandan çıxmışlar. Allah təala Qurani Kərimdə belə buyurur: “Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”. Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman, Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər): “İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o bizim mömin bəndələrimizdən idi! Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik. Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də! (Qurani Kərim, Saffət surəsi 101-113). Beləliklə bu hadisədən sonra Allah təala Adəm övladlarına lütf edərək onlara özlərində olan nemətlərin şükrünü vermək üçün qurban kəsməyi əmr edir.

Qurban kəsməklə insan Allaha yaxınlaşır. Bununla Allahın qulları Allaha qarşı fədakar olduqlarını göstərmiş olurlar. Bu səbəblə də başqa ibadətlər kimi Qurban ibadətində də yaxşı niyyət və ixlas, yəni Allah üçün səmimiyyət əsas şərtdir. Allah təala Qurani Kərimdə bu səmimiyyəti belə ifadə edib: “..Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükür edəsiniz! Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!” (Həcc surəsi 36-37). Qurban kəsməyi bəzi alimlər fərz, bəziləri vacib, bəziləri isə sünnət hesab ediblər. Ən yaxşı halda bütün alimlər yekdil qərara gəliblər ki, Qurban kəsmək Allahın əmri olduğu üçün gücü çatan hər kəsin o ibadəti yerinə yetirməsi şərtdir. Allah təala Kövsər surəsində də Qurban kəsməyi əmr edib: “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (Kövsər surəsi 2). Alimlər Qurban kəsənlər üçün şərtlər müəyyən ediblər. Aşağıdakı şərtləri daşıyan şəxslər qurban kəsməlidirlər: müsəlman olan, ağıl sahibi, yetkinlik həddinə çatan, azad olan, səfərdə olmayan, qurban kəsməyə maddi imkanı olan. Əgər bir şəxsin borcu varsa, ona vacib olan borcunu ödəməsidir. Borclu olduğu halda təzədən borc edərək qurban kəsmək düzgün deyildir. Həzrəti Əli də buyurub ki, müsafir olana Cümə namazını qılmaq və qurban kəsmək vacib deyildir. Qurbana düşən heyvanlar dəvə, mal-qara, inək, camış, qoyun, keçi, müəyyən yemək üçün yararlı halda olan, təxmini altı ayını keçmiş quzu və çəpiş kəsmək olar. Qoyun və keçinin 6 aylıq və 1 yaşı, inəyin və camışın iki-üç yaşdan yuxarı olması şərtdir. Keçilərdə isə altı aylıq olması doğru deyildir. Ən azı bir yaşını tamamlamalıdır. Mal-qaraya bir neçə nəfər ortaq olub kəsə bilərlər. Qüsurlu heyvanların qurban kəsilməsinə də icazə verilmir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...