Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Hatipoğlunu güldürən sual: “Peyğəmbərimiz kimi saçımızı uzadıb, günah işləməmişik?” – VİDEO

“Oğlumu 4 ildir saç kəsdirməyə qoymuram.”

Nihat Hatipoğlunun Türkiyə telekanallarından birində yayımlanan, imsak proqramına qatılan ana və oğul hər kəsi güldürüb.

Din.az xəbər verir ki, oğlu Musa ilə birgə proqramda iştirak edən ana, Peyğəmbərin (S.A.V.S) saçı uzun olduğu üçün 4 ildir övladının saçını kəsdirmədiyini bildirib.

“Peyğəmbərimizin saçları uzun idi. Mən də bu səbəbdən oğlumu 4 ildir saç kəsdirməyə qoymuram. Buna görə oğlum da, mən də günah qazanmış oluruq?” – deyə ana çıxışında söyləyib.

İlahiyyatçı qarşılığında “Biz gəncləri sırğalı da, tatulu da , pirsinqli də olsa sevirik. Onlar xoşniyyətlidirlər. Doğrunu yanlışdan ayırdıqları gün, ən düzü nədirsə, onu edərlər. Əziz Musa, düzdür, peyğəmbərimizin saçı uzun idi. Amma bu uzunluq, boyun nahiyyəsinə qədər olardı. Sənin saçların isə çox uzundur” deyib.

“Məncə saçlarını yetəri qədər uzadıb, həvəsini almısan. Sən ən yaxşısı, bir bərbərdə saçlarını kəsdir. Dini baxımdan, buna əngəl yoxdur. Günah içində deyilsən. Anan peyğəmbərimizin sçları uzun olduğu üçün onları kəsdirməyinə icazə verməyib. Lakin yenə deyirəm, peyğəmbərimizin saçları bu qədər uzun deyildi” – deyə ilahiyyatçı əlavə edib.

Musanın cavanbında “Məni bu mövzuda məlumatlandırdığınız üçün təşəkkür edirəm. Amma olar ki saçlarımız kəsdirməyim?” deməsi bütün zalı o cümlədən ilahiyyatçını güldürüb. Bu cavabdan sonra məsələ zaldakı insanların müzakirəsinə qoyulub. Zaldakılar Musanın saçını kəsdirməsi yönündə əl qaldırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...