Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Hava limanında məscid tikiləcək – İBRƏTAMİZ…

17 dekabrda məscidin inşası üçün tender elan ediləcək.

İstanbuldakı Sabiha Gökçen hava limanında məscid inşa ediləcək.

Din.az Moderator.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, 17 dekabrda məscidin inşası üçün tender elan ediləcək. Tenderdə yerli və xarici şirkətlər iştirak edə bilərlər.

Məscidin ümumi sahəsi 2 min kvadratmetrdir.

Sabiha Gökçen hava limanında müsəlman ibadətgahının tikintisi 2019-cu ildə başa çatdırılmalıdır.

Hal-hazırda Türkiyədə 55 hava limanı mövcuddur və demək olar ki, hamısında, ən azı, namaz üçün otaqlar var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...