Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Havaya uçurun!” – Qətliam planı ORTAYA ÇIXDI

Bəhreyn kralı Dohada partlayışların törədilməsi barədə təlimat vermişdi.

Qətərdə 1996-ci ildə uğursuz dövlət çevrilişinə cəhdlə bağlı yeni məlumatlar və sənədlər dərc edilib.

Din.az xəbər verir ki, sənədlərə görə, dövrün Bəhreyn kralı Hamed ibn İsa əl-Xəlifə Qətərin paytaxtı Dohada partlayışların törədilməsi barədə təlimat vermişdi.

Məlumata görə, Bəhreyn kralının partlayışların törədilməsi üçün 100 min Bəhreyn dinarı mükafat ayırmışdı. Dövrün kəşfiyyat hesabatlarına görə, Dohada çoxlu sayda minalanmış avtomobil tapılmışdı.

Dövlət çevrilişinə cəhddə iştirak edən hərbçilərlə bağlı yayımlanan sənədlərə görə, qiyamçıların komandanlığında yer alan hərbçilərə Bəhreyn və Səudiyyə Ərəbistanı pasportları verilmişdi. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...