Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hazırda 30 min 559 nəfər FETÖ-cü həbsxanadadır – Ərdoğan detalları açıqladı

“Çevriliş cəhdi edənlərə bütün dünyanı dar edən bütün polislərə təşəkkür edirəm”.

Ərdoğan FETÖ həbsləri barədə danışıb.

Türkiyədə hazırda 30 min 559 FETÖ-cu həbsxanadadır. Din.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Hazırda həbsxanalarda 30 min 559 min FETÖ-çu var. Çevriliş cəhdi edənlərə bütün dünyanı dar edən bütün polislərə təşəkkür edirəm”, – deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, bu günə qədər hüquq-mühafizə orqanları sıralarından çıxarılanların sayı 31 mini keçib: “Ordu içərisindən xaric edilənlərin sayı 15 mini, məhkəmə orqanlarından xaric olunanların sayı 4 minin üzərindədir. Ölkəmizə edilən bu xəyanəti buraxmayacağıq. Dövlətimizi bundan tamamilə qurtarana qədər bizə haramdır”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...