Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

HAZIRDA YER ÜZÜNÜN XƏLİFƏSİ PAPADIR – VİDEO

“Çünki o, 10 ailənin seçdiyi bir şəxsdir”

“Hazırda Yer üzünün xəlifəsi Papadır”.

Din.az bildirir ki, bu sözləri Türkiyənin “Akit” TV kanalında qonaq olan siyasətçi Şevki Yılmaz deyib.

“Bir telefon zəngi ilə İraqda müharibəni dayandıra bilər. Bu məsələlər Papanın bir telefon zənginə baxır. Lakin Papa təlimat verir və o Türkiyədə tətbiq edilir. Azərbaycanda neçə-neçə qanlar axdı. Xain həmin bölgələri, Türkiyə Cümhuriyyətini gəzdi. O zaman deyərdi də bu müharibələri dayandırın, axı bu sənin bir cümlənə bağlıdır. Dayandırmaz axı, çünki o, 10 ailənin seçdiyi bir şəxsdir” deyən türk siyasətçi dünyanın 10 ailə tərəfindən idarə olunduğunu və Papanın da onlardan tərəfindən təyin olunduğunu vurğulayıb.

Qeyd edək ki, Şevki Yılmaz Rizenin sabiq millət vəkili olub. 1997-cı ildə “Refah” partiyasından istefa edən siyasətçi Avropaya gedərək işlərini orda davam etdirib. 2004-cü ildə Türkiyəyə qayıdıb.

“A24.az” Türkiyə mediasında yayımlanan görüntüləri təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...