Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Həbs həyatı yaşayan milyarder şahzadənin – İlk müsahibəsi

Milyarder şahzadə müsahibəsində günahkar olmadığını deyib.

Səudiyyə Ərəbistanı şahzadəsi, milyarder Valid ibn Təlal əs-Səud həbs edildiyi gündən bu yana ilk dəfə müsahibə verib.

Din.az xəbər verir ki, “Röyter”ə müsahibəsində o, yaxın zamanlarda tam azad olunacağını bildirib. Şahzadə özü ilə yaxşı davranıldığını söyləyib.

İbn Təlalın hazırda “Rits Karlton” otelində saxlanıldığını bildirən agentlik ona nə qədər otağın verildiyini açıqlamayıb. Milyarderin özü isə yaşadığı həbs şəraitində əsasən vegeterian yeməklərlə qidalandığını söyləyib.

Hazırda şahzadənin otağında televizorun olduğu və onun əsasən biznes xəbərlərinə baxdığı bildirilib. İbn Təlala həmçinin idmanla məşğul olmağa izn verilib.

Milyarder müsahibəsində günahkar olmadığını da qeyd edib:

“Mənə qarşı heç bir ittiham irəli sürülməyib. Hökumətlə mənim aramda sadəcə bir neçə diskussiya var. Tezliklə, məni azad edəcəklər. Mən yenidən “Kingdom Holdinq” investisiya şirkətimin başına keçəcəyəm və hökumət aktivlərimi əlimdən almayacaq”.

Şahzadə onunla bağlı araşdırmanın 95%-nin sona çatdığını bildirib. O, araşdırmanın uzun müddət aparılmasının adının üzərindəki ləkənin tam təmizlənməsiylə əlaqədar olduğunu deyib.

Milyarder azad olunduqdan sonra Səudiyyə Ərəbistanında yaşamağa davam edəcəyini vurğulayıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...