Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Həbs olunan şahzadələr krala 100 milyard dollar ödəyəcəklər

Azadlığa çıxmaq üçün kral xəzinəsinə ödəniş etməlidirlər.

Səudiyyə Ərəbistanında həbs olunmuş şahzadə və biznesmenlər azadlığa çıxmaları üçün kral xəzinəsinə ödəniş etməyə razı olublar.

Din.az xəbər verir ki, bunun üçün mehmanxanaların birində saxlanılan şahzadələr 100 milyard dollara yaxın ödəniş edəcəklər.

Ər-Riyaddakı “Rits Karlton” mehmanxanasının nömrələrində artıq bir neçə aydır ki, nəzarətdə saxlanılan şahzadələrdən 90ı artıq ödəniş edərək azadlığa çıxıb. Daha 70 nəfər isə bundan imtina edib və buna görə, barələrində açılmış cinayət işi ilə tanış olurlar.

Qeyd olunur ki, kral hakimiyyəti yanvarın sonuna qədər danışıqları yekunlaşdırmaq niyyətindədir. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...