Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Həbsində İngiltərəni günahlandıran Adnan Oktardan ŞOK İDDİA: “…gizli müsəlmandır” – VİDEO

Adnan Oktar Çörçilin gizli müsəlman olduğunu iddia edir.

Ötən həftə Türkiyədə keçirilən əməliyyat zamanı saxlanılan Adnan Oktarın “A9” TV-də İngiltərənin keçmiş Baş naziri Vinston Çörçil haqqında dedikləri diqqət çəkib.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adnan Oktar çıxışında Çörçilin gizli bir müsəlman olduğunu iddia edir.

Lakin xatırladaq ki, nəzarət altına alınan zaman müxbirlərin “niyə saxlanıldınız?” sualına Adnan Oktar “ingilis dərin dövlətinin bir oyunudur” söyləmişdi. “A9” kanalında söylədiyi fikirlər isə İngiltərə ilə yaxın münasibətlərini ortaya qoyur.

Həmin buraxılışda Adnan Oktar ingilislərin müsəlman mədəniyyətinə yaxın olduqlarını söyləyir, İngiltərənin sabiq baş naziri Toni Bleyer və İngiltərə şahzadəsi Çarlsın İslam dininə yaxın olduğunu bildirir.

“A24.az” Adnan Oktarın söylədiyi fikirləri videoda təqdim edir:

https://video1.timeturk.com/video/47-38988.mp4?_=1

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...