Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Həbsxanadakı ibadət otaqları – VİDEO

Dövlət Komitəsinin dini maarifləndirmə məqsədi ilə müxtəlif tədbirlər təşkil etdiyini bildirən Mübariz Qurbanlı, bu işlərin əhalinin dinlə bağlı bilgilərinin sürətlə artırılmasına xidmət etdiyini vurğulayıb.

Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 15 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Penitensiar Xidmətin “Cəmiyyət və cəza” jurnalının baş redaktoru, əldiyyə polkovniki Mehman Sadıqov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Penitensiar Xidmət arasında əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, bu cür tədbirlər cəza çəkənlərin cəzadan azad olunduqdan sonra sosial adaptasiyasına şərait yaradılması, eyni zamanda dini radikalizm təhlükəsindən uzaq olmaları məqsədilə keçirilir.

Dövlət Komitəsinin dini maarifləndirmə məqsədi ilə müxtəlif tədbirlər, konfranslar və seminarlar təşkil etdiyini bildirən Mübariz Qurbanlı, bu işlərin əhalinin dinlə bağlı bilgilərinin sürətlə artırılmasına xidmət etdiyini vurğulayıb.

Komitə sədri dini radikalizmin yaranması səbəblərindən, onun yaratdığı fəsadlardan, ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. O qeyd edib ki, ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscidlərlə yanaşı, kilsə və sinaqoqların fəaliyyətinə rəsmən icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd dini baxışlar qadağan edilib.

Daha sonra Mübariz Qurbanlı məhbusların ibadət otaqları ilə yaxından tanış olub və müəssisənin kitabxanasına DQİDK-nın nəşri olan kitablar hədiyyə olunub.
Görüşdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev iştirak ediblər.

MÜZAKİRƏ

1 şərh Həbsxanadakı ibadət otaqları – VİDEO üçün

  1. Perviz dedi:

    Maun suresi 4-5 ayelerini izah edardiz zehmat olmasa.ve yaxud dogru tercume

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...