"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“Heç kim məcburi Quranın altından keçirilmirdi”

Share Button

Nazirlik rəsmisi ittihamlarla bağlı fikirlərini bildirdi və təklif də etdi ki…

Məlum olduğu kimi, bu gün (5 avqust) Rioda keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Olimpiadada Azərbaycan 56 idmançı ilə təmsil olunacaq. 

“Din.az” xəbər verir ki, Gənclər və İdman Nazirliyinin hazırda Rioda olan mətbuat xidmətinin rəhbəri Samayə Məmmədova oradakı vəziyyətlə bağlı “AzNews.az”a müsahibə verib. Müsahibə zamanı Səmayə xanımdan idmançıların Qurani-Kərimin altından keçirilməsi məsələsi ilə bağlı fikirlərini də öyrənmək istədik.

– Hava limanında idmançılar yola salınarkən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev də orada idi. O, Quranı əlində tutub idmançıların altdan keçməsi üçün göstəriş verirdi. Bu, birmənalı qarşılanmadı, tənqidə tuş gəldi. Bu məsələ ilə bağlı nazirliyin də mövqeyini öyrənmək istərdik. 

– Biz müsəlman ölkəsində yaşayırıq. Düzdür, çox tolerantıq, müasirik. Mən şəxsən əcnəbi ölkələrdə olduğum zaman eşitdiyim və qürurla söylədiyim bir ifadə var. Deyirlər ki, sizin ölkəniz çox müasirdir, İslam ölkəsi olaraq bu müasirliyi, tolerantlığı qoruyub saxlaya bilmisiniz. Əgər fikir verdinizsə hava limanında təkcə hacı yox, eyni zamanda keşiş də var idi. Çünki bizim atletlər arasında müxtəlif dinlərə məxsus olan insanlar var.

keshishyolaa
O ki, qaldı idmançıların Quranın altından keçirilməsi məsələsinə, xahiş edirəm bu, müzakirə mövzusuna çevrilməsin. Heç kim, məcburiyyət qarşısında Quranın altından keçirilmirdi. Buna inanan idmançılar var. Həm də ki, bu, ilk deyildi. London olimpiadasında da, Pekin olimpiadasında da Quranın altından keçib gedən idmançılar olub. Bizim adətimiz var.

Gəlin köçəndə də ata qızını, oğlunu Quranın altından keçirir. Biz müsəlmanıq. Bütün jurnalistlərə üzümü tutub deyirəm ki, idmançılar yazılan hər şeyi oxuyurlar. İnanın ki, gedən hər bir yazı, deyilən hər bir söz onlara təsir edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir