Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Həcc üçün nəzərdə tutulan otelin açılışı 13 il təxirə salındı – FOTO

Dünyanın ən böyük mehmanxanasının tikilməsinə ərəblərin pulu çatmır

Səudiyyə Ərəbistanı, Məkkədə tikintisi davam edən dünyanın ən böyük mehmanxanasının açılışını təxirə sala bilər.

“Din.az” “Marja”ya istinadən xəbər verir ki, otel məsləhət xidmətləri üzrə ixtisaslaşmış “MKG Consulting”in məlumatlandırmasında, 2017-ci ilin sonuna nəzərdə tutulmuş açılış tarixinin 2018 və hətta 2019-cu ilə təxirə salınacağı qeyd edilir.

10 min otaq, 70 restoran və 4 vertolyot eniş zolağına malik olacaq mehmanxana, Səudiyyə Ərəbistanının neft gəlirlərinin böyük həcmdə azalması səbəbindən təxirə salınır.

mecca-555f590ae58ece07f9000165_mecca-to-build-the-world-s-largest-hotel_abraj-kudai-001-530x459-copy

Başgicəlləndirici böyüklükdə olan otelin dəyəri keçən il 3,5 milyard dollar civarında hesablanmışdı.

Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyinin maliyyələşdirdiyi bu nəhəng kompleks Malayziyadakı “First World Hotel” və Las-Veqasdakı “The Venetian and the Palazzo”dan daha böyükdür (hər biri 7000 otağa malikdir).

Otel həcc ziyarəti üçün gələcək kütlə üçün nəzərdə tutulub. Həcc neftdən sonra Səudiyyə Ərəbistanının ikinci böyük gəlir mənbəyidir. Hər il 2 milyondan çox Müsəlman Məkkəyə həcc ziyarətinə gəlir.

With-10K-rooms-worlds-largest-hotel-coming-to-Saudi-Arabia

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir