Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Həcc ziyarətçiləri qum fırtınasına düşdülər – VİDEO

Kəbə örtüyü Məkkədə meydana gələn fırtına nəticəsində açılıb.

Məkkədən Ərəfat istiqamətində yola çıxan həcc ziyarətçiləri baş verən qum fırtınası nəticəsində çətin anlar yaşayıblar.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, dəyişdirilməsi üçün sökülən Kəbə örtüyü Məkkədə meydana gələn fırtına nəticəsində açılıb. Ərəfat istiqamətində yola çıxan həcc ziyarətçiləri fırtına səbəbi ilə çətin anlar yaşamaqla yanaşı, Kəbənin örtüyünün açılması həcci ziyarətçilərini qorxudub.

Ərəfatda qurulan böyük çadırlar qum fırtınası zamanı aşmasa da, çadırlara verilən elektrik enerjisi kəsilib. Məkkə şəhərinin yaxınlığında yerləşən Mina-da həcc ziyarətçiləri fırtına səbəbindən yaralanıblar. Yaralanalara tibb xidməti əməkdaşları yardım ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...