Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

HƏCC ZİYARƏTİ biznesə çevrilib – İlahiyyatçı təsdiqlədi

“Ortadakı pullara baxmayaraq təşkilatçılıq da bərbad vəziyyətdədir”

“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc ziyarəti üçün təyin etdiyi qiymətlər bahadır”.big_1472207329_562e783b0366f.

“Din.az” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev bildirib. Onun sözlərinə görə, əslində nə adi vətəndaşların, nə də dövlətin bu qiymətlərə təsir göstərmək imkanları var: “Çünki bu sahə monopoliyadadır. Digər tərəfdən, Qafqaz Müsəlmanları İdarəsi qiymətləri endirsə, gəlirlərini azaltmış olacaq. Eyni zamanda Həcc ziyarətini həyata keçirən şirkətlərin də gəlirləri azalacaq. Bilmək lazımdır ki, Həcc bir biznesdir.

Bu ziyarətdən nə qədər çox qazansalar, təşkilatçılar üçün bir o qədər rahat olur. Burada kimsə imanlıdır, kiməsə yazığın gəlsin, kimdənsə az pul alasan söhbət yoxdur. Belə şeylər Həcc ziyarəti ilə məşğul olan təşkilatları maraqlandırmır. Onları maraqlandıran odur ki, bu biznesdən maksimum qazanc əldə edilsin”.88386

Keçmiş komitə sədrinin iddialarını dəyərləndirən ilahiyyatçı-alim Elşad Miri söyləyib ki, Həcc ziyarətini təşkil edən qurum və yaxud da təşkilat üçün bu, bir biznesdir: “Onlar savab qazanmaq deyil, pul qazanmaq istəyirlər. Biznesi dinlə əlaqələndirirlər. Ona görə də, bunu din biznesi, bunu təşkil edənləri isə din biznesmenləri adlandırırlar. Faktiki olaraq məsələ budur. Əlbəttə, R.Əliyev komitənin ilk sədri olub. QMİ onu ziyarətin təşkili məsələlərindən uzaqlaşdırıb. Bu səbəbdən QMİ ilə R.Əliyev arasında ziddiyyət vardı və bu qarşıdurma indiyə qədər davam edir”.

Həcc ziyarətinin qiymətlərinə gəlincə, ekspert qeyd edib ki, həcc ziyarətinin qiyməti çox bahalaşıb: “Dediklərinə görə, keçən illə müqayisədə 1000 dollar ucuzlaşdırıblar. Görün, üstünə nə qədər xeyir qoyurlar ki, 1000 dollar azaltsalar belə, yenə də qazanc götürə bilirlər. Deyə bilərik ki, dünyada ən bahalı Həcc ziayərətini Azərbaycanda QMİ təşkil edir. Bununla yanaşı, təşkilatçılığı da bərbad vəziyyətdədir. Ora gedib gələnlər təşkilatçılıqdan həmişə gileylənirlər. QMİ sədri bu məsələyə belə don geydirir ki, ora gedib-gələnlər əziyyət çəkməlidirlər. Sual edirəm niyə? Quranda elə bir şey yazılmayıb ki, ora gedənlər mütləq əzab çəkməlidirlər. Təəssüflər olsun ki, QMİ-də həm qiymət, həm təşkilatçılıq həm də digər sahələr bərbad vəziyyətdədir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...