Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Həcc ziyarəti ilə bağlı xəbərdarlıq – 6 ayadək həbs cəzası gözlənilir

Məkkə və Mədinəyə qeyri-qanuni hərəkət edən avtobus və taksi sürücülərinin nəzərinə!

Səudiyyə Ərəbistanı Həcc ziyarətinə qeyri-qanuni getməyə çalışanları həbs edəcək.

Din.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının DİN-i bəyanat yayıb.

Bu, ilk növbədə, zəvvarları Məkkə və Mədinəyə qeyri-qanuni gətirən avtobus və taksi sürücülərinə şamil edilir. Müqəssirləri 6 aya qədər həbs cəzası gözləyəcək.

Qeyd edək ki, Müqəddəs Həcc ziyarəti bu il 9-14 avqust tarixlərində olacaq. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...