Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolub

Bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başa çatıb, ayrılan kvota dolub.

Din.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Azərbaycandan Həcc ziyarəti üçün 1170 zəvvar sənəd verib.

 

Bildirilib ki, ehtiyac yarandığı halda, əlavə sənəd qəbulu aparıla bilər.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.

Zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb.

Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...