Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb

2019-cu ildə Həcc ziyarətinə maraq azalıb.

Əvvəlki illərlə müqayisədə 2019-cu ildə Həcc ziyarətinə maraq azalıb. Bunun nəticəsidir ki, Azərbaycandan Həcc ziyarəti üçün müəyyən edilən kvota hələ də dolmayıb.

Din.az xəbər verir ki, 2019-cu ildə Həcc ziyarətinə Azərbaycandan 1400 zəvvarın getməsi üçün kvota müəyyənləşdirilsə də, ziyarətə az qalmasına baxmayaraq hələ də nəzərdə tutulan kvota dolmayıb. Belə ki, indiyədək Həcc ziyarətinə getmək üçün cəmi 1100 nəfər müraciət edib. Kvota dolmadığından Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sənədlərin qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.
Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...