Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Həcc ziyarətilə bağlı Səudiyyə və İran arasında duel

Share Button

Səudiyyə rejimi rəsmi Tehranı, xalqını Həcc ziyarəti səfərinə mane olmasına görə Allah yanında məsuliyyət daşıdığını bildirib. “Din.az”ın “Əl Aləm”ə istinadən verdiyi xəbərə əsasən, Riyad rəsmiləri bu barədə təşkil etdikləri konfransdan sonra bəyanat yayıblar. Bəyənatda bildirilib: “Ərəbistan rəsmi olaraq elan edir ki, Həcc və Ümrə ziyarətləri zamanı, bütün dünya ölkələrindən gələn zəvvarlara xidmət etmək üçün vəzifə […]

Səudiyyə rejimi rəsmi Tehranı, xalqını Həcc ziyarəti səfərinə mane olmasına görə Allah yanında məsuliyyət daşıdığını bildirib.

“Din.az”ın “Əl Aləm”ə istinadən verdiyi xəbərə əsasən, Riyad rəsmiləri bu barədə təşkil etdikləri konfransdan sonra bəyanat yayıblar.
Bəyənatda bildirilib: “Ərəbistan rəsmi olaraq elan edir ki, Həcc və Ümrə ziyarətləri zamanı, bütün dünya ölkələrindən gələn zəvvarlara xidmət etmək üçün vəzifə və məsuliyyətlərinə əməl edəcəkdir və bunu özü üçün bir fəxr olaraq görür. Biz heç vaxt hansısa müsəlmanın vəhy bölgələrində iştirak etməsinin qarşısını almamışıq. İranlı hacıların səfərinə mane olan İran tərəfi olmuşdur və onlar bu barədə Allah və dünya xalqları önündə məsuliyyət daşıyırlar. Səudiyyə Ərəbistanı Həcc ziyarətinin İran tərəfindən siyasiləşdirilməsini qəti şəkildə qəbul etmir.”

İrandan Səudiyyəyə cavab gecikməyib. İran XİN söçüsü Hüseyn Cabir Ənsari özü bu mövzu barədə “Təəssüf olsun ki, Ərəbistan tərəfi Həcc ziyarətini siyasi ixtilaflara alət etməyəcəyini vurğulasa da, əməli olaraq atdığı addmlar nəticəsində iranlı hacılara müxtəlif şəkillərdə maneələr yaratmış və onların səfəri üçün lazım olan şəraitin ərsəyə gəlməsinə mane olmuşdur”, – deyə bildirib.

Qeyd edək ki, İran tərəfi Məkkədəki Mina faciəsindən sonra dünya ictimaiyyətini, xüsusilə müsəlman ölkələri Səudiyyəyə qarşı hacıların təhlükəsizliyilə bağlı təminat verməyə, o cümlədən faciə qurbanlarının ailələrinə təzminat və bu faciədə səhlənkarlıq edən şəxslərin cəzalandırılmasını tələb etməsini istəmişdi.

Onu da qeyd edək ki, ötən Həcc ziyarətlərində Minada iki mindən çox hacı həyatını itirmiş, ən çox dünyasını dəyişənlər isə İrandan

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir