Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

HƏCC ZİYARƏTİNDƏ AZƏRBAYCANLI QADIN ZƏVVARLARIN ÇADIRINA KİŞİ MƏRSİYƏÇİ GİRDİ – “DAĞLAR OY, OY, YOLLAR OY…” – VİDEO

Kişi molla qadınların çadırında Kərbəlanın adını çəkərək mərsiyə dedi.

Bu il həccə gedən azərbaycanlı zəvvar qadınların çadırından maraqlı görüntülər əldə edilib.

Din.az “A24.az”-a istinadən bildirir ki, qadın zəvvarlarımızdan biri tərəfindən çəkilən görüntülərdə kişi molla qadınların çadırında Kərbəlanın adını çəkərək mərsiyə deyib.

Görüntülərdə diqqət çəkən birinci məqam odur ki, məyər Qafqaz Müsəlmanları İdarəsinin heç olmasa bir nəfər qadın mollası yoxdurmu, həccdə qadın zəvvarlara mərsiyədarlıq edə?!

İkinci məsələ, mollanın mərsiyəni məşhur türkiyəli müğənni Mahsum Kırmızıgülün ifa etdiyi “Kardeşlik Türküsü” və ya “Dağlar oy, oy, yollar oy…” kimi tanınan musuqinin ritmi ilə oxumasıdır.

Azərbaycanlı qadın zəvvarların çəkdiyi görüntüləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...