Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlının KİMLİYİ bilindi

Ürək tutmasından dünyasını dəyişən zəvvarımız Səudiyyə Ərəbistanında dəfn olunacaq.

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan biri dünyasını dəyişib.

Din.az-ın xəbərinə əsasən, Qafqaz Müsəlmanları İdarəsindən özəl olaraq Trend-ə verilən məlumata görə, dünyasını dəyişən zəvvar Ağdam rayonundan olan 69 yaşlı Şükürov Bəhmən adlı şəxsdir.

Ürək tutmasından dünyasını dəyişən Ş.Bəhmən Səudiyyə Ərəbistanında dəfn olunacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...