Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Həcc ziyarətində olan azərbaycanlı zəvvarların səhhəti yaxşıdır

Avqustun 11-də bütün zəvvarlar qurbanlar kəsəcəklər.

Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan azərbaycanlı zəvvarların səhhəti yaxşıdır.

Din.az “Report”a istinadən bildirir ki, Məkkədə olan zəvvarlar avqustun 9-da Ərəfat dağına çıxacaqlar.

Avqustun 11-də bütün zəvvarlar qurbanlar kəsəcəklər. Avqustun 11-12-13-də isə “Şeytan daşlama” mərasimi icra olunacaq.

Avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş başlayacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Bu il azırbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...