Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
qurbanlıq qoyun

Həcc ziyarətinə gedəcək zəvvarlarımız üçün qurbanlıq qoyunlar bahalaşıb

Share Button

Azərbaycandan bu il Həcc ziyarətinə səfər edəcək zəvvarlar üçün təklif olunan qurbanlıq qoyunlar əvvəlki il […]

Azərbaycandan bu il Həcc ziyarətinə səfər edəcək zəvvarlar üçün təklif olunan qurbanlıq qoyunlar əvvəlki il ilə müqayisədə bahalaşıb.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bu il qurbanlıq qoyunlar zəvvarlara 160-170 ABŞ dollarına başa gələcək.

QMİ-dən onu da bildiriblər ki, qurbanlıq qoyunların ödənişi ziyarət səfərinin təşkili üçün ödəniləcək vəsaitə daxil deyil və zəvvar bunu əlavə olaraq ödəməlidir.

Xatırladaq ki, ötən ilki Həcc zamanı qurbanlıq qoyunlar zəvvarlar üçün 130-140 ABŞ dollarına başa gəlib. Aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib.

Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.

Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top