Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Həcc ziyarətinə gedən 17 türk zəvvar öldü

Həcc ziyarətinə gələn türkiyəli zəvarların ölüm səbəbləri …

Səudiyyə Ərəbistanı Krallığına həcc ziyarətinə gedən 17 Türkiyə vətəndaşı dünyasını dəyişib.

Din.az xəbər verir ki, həcc ziyarətinə Türkiyədən ilk zəvvar qrupu iyulun 5-də yola düşüb.

Dəyanət İşləri İdarəsinin Həcc və Ümrə Xidmətləri üzrə rəhbər Rəmzi Bircan jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyədən ilk karvanın müqəddəs torpaqlara gəldiyi 5 iyuldan bu günədək 17 türk zəvvar həyatını itirib.

O, Türkiyə vətəndaşlarının infarkt, yol qəzası, təbii iqlim şəraiti, sətəlcəm və yaşla əlaqədar xəstəliklərdən öldüyünü söyləyib. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...