Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən…

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi mühüm məlumat yayıb.

2020-ci ildə Səudiyyə Ərəbistanına Həcc və Ümrə ziyarəti üçün viza alanlardan əlavə olaraq 300 SAR (135 manata yaxın) pul alınacaq.

Din.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı Həcc Nazirliyi məlumat yayıb.

Daha əvvəl 3 il ərzində müqəddəs torpaqlara birdən çox səyahət edən şəxslərdən tələb edilən 2000 SAR (900 manat) bundan sonra alınmayacaq.

Qanun növbəti mövsümdən etibarən qüvvəyə minəcək.  / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...