Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Həcc ziyarətinə gedənlərin sayı 1 milyona çatır

Ötən illə müqayisədə zəvvarların sayı 7 faiz artıb.

Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı 978 min 159 nəfərə çatıb.

Din.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Baş Pasport İdarəsi məlumat açıqlayıb.

Məlumata görə, zəvvarların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 61 min 500 nəfər, yəni 7 faiz artıb.

İdarədən bildiriblər ki, zəvvarların 928 min 43 nəfəri təyyarə, 40 min 734 nəfəri yerüstü nəqliyyat, 9382 nəfəri isə gəmi ilə gəlib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...