Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Həcc ziyarətinə gələn ziyarətçilərin sayı 30 milyona çatacaq

Səudiyyə Ərəbistanının ölkədə neftdən asılılığı azaltmaq məqsədilə növbəti 15 il üçün hazırladığı sosial və iqtisadi yönümlü innovasiya proqramında bu məsələ də yer alıb.

2030-cu ildə Həcc ziyarətinə gələn ziyarətçilərin sayının 30 milyona çatdırılması nəzərdə tutulub. Səudiyyə Ərəbistanının ölkədə neftdən asılılığı azaltmaq məqsədilə növbəti 15 il üçün hazırladığı sosial və iqtisadi yönümlü innovasiya proqramında bu məsələ də yer alıb.

Belə ki, son 10 ildə Həcc ziyarəti üçün ölkəyə gələnlərin sayı üç qat artaraq 8 milyona çatıb. 2020-ci ildə isə bu rəqəmin 15 milyona, 2030-cu ildə isə 30 milyona çatacağı proqnozlaşdırılır. Bu məqsədlə ziyarətçilər üçün viza rejiminin sadələşdiriləcəyi, qalacağı yerlərin və xəstəxanaların tutumunun artırılacağı, nəqliyyat sistemi şəbəkəsinin gücləndiriləcəyi bildirilir.

Proqram çərçivəsində ölkədə İslam Mədəniyyəti Muzeyinin yaradılması da nəzərdə tutulub. (report)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir