Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Həcc ziyarətinə getmək istəyən 1420 nəfər sənəd verib

Azərbaycandan gedəcək zəvvarlar üçün artıq otel tutulub.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 1420 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib.

Din.az xəbər verir ki, onların arasında təxminən 15-ə yaxın şəxs əvvəllər Həcc ziyarətində olanlardır.

Bildirilib ki, Azərbaycan üçün ayrılan kvotadan hazırda cəmi 20 boş yer var və bir-iki günə bu yerlərə də sənəd veriləcəyi gözlənilir. Bu il üçün kvotanın artırılması planlaşdırılmır.

Məlumata görə, Azərbaycandan gedəcək zəvvarlar üçün artıq otel tutulub.

Qeyd edək ki, Həcc ziyarəti avqust ayında olacaq.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi, əlavə 535 dollar ödəyəcəklər. Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...