Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

HƏCC ZİYARƏTİNİ TAM İCRA ETMİŞ İLK AVROPALI QADIN – NADİR FOTO…

İslamı qəbul edən Evellin adını dəyişərək Zeynəb qoyub…

Görəsən, ilk dəfə Avropadan Məkkəyə gələrək Həcc ziyarətini gerçəkdən icra etmiş ilk qərbli qadın kim olub?

Din.az bildirir ki, Moderator.az bu suala cavab tapıb.

Xarici İslam saytlarına istinadla əldə etdiyimiz fotolarda təsvir edilən britaniyalı Evelin Kobbold dünya tarixində hacı adına layiq görülmüş ilk avropalı qadın olub. Fotoda adlı-sanlı Şotlandiya nəslindən olan Evelin 1933-cü ildə Kəbə evini ziyarət edərkən onu şəxsən müşayiət edən Səudiyyə şahzadəsi İbn Abd əl-Əzizlə birgə görüntülənib.. Gənc yaşlarından İslamı qəbul edən Evellin adını dəyişərək Zeynəb qoyub…

O dövrkü zadəganların həyat tərzini nəzərə alsaq, XX əsr Avropası üçün bu, ekstraordinar, gözlənilməz bir olay olub. Şotland xanımın müsəlman olmasına təkan verən onun uşaqlıqda tez-tez valideynləriylə birgə Əlcəzairə səfər etməsi olub. Orada Evelin bir daha məscidə getmək üçün tez-tez yaşadıqları villadan qaçırdı…

Avropalı xanım ilk Həcc ziyarətini təsvir edən qeydlərində təəssüratını belə bölüşür:” Mən Məkkə məscidindəyəm. Və ətrafımda gördüyüm möhtəşəmlikdən bir anlığa gerçəklik hissiyyatımı itirmişəm. Biz 50 fut hündürlükdəki dirəklər altında ağ mərmər üzərində gedirik… Mən bundan da heyrətamiz bir görüntü təsəvvür edə bilməzdim… Biz öz sadəliyi ilə möcüzəli görünən Müqəddəslər müqədəsi olan Allah evinə- Kəbəyə yaxınlaşırıq. Ruhi həyəcanlar dalğası, sadəcə, məni ağuşuna alıb…”

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...