Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

HƏCC ZİYARƏTİNİN QİYMƏTİ artdı – QMİ səbəbini açıqladı

Zəvvarlar üçün qiymətin artırılmasının səbəbi …

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlar üçün qiymətin artırılmasının səbəbini açıqlayıb.

Din.az xəbər verir ki, idarənin məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib ki, əsas səbəb Səudiyyə Ərəbistanında bəzi xərclərin, o cümlədən yanacağın qiymətinin artmasıdır: “Bunlar Həcc ziyarətinin qiymətinə təsirsiz ötüşməyib. Keçən il Həcc evləri tutulmuşdu, hansı ki, ora otel deyildi. Bu il isə 1000 nəfərlik otel götürülüb”.

Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər.

Din.az ATV kanalının yayımladığı xəbəri sizə təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...