Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Həccdə “şeytan daşlama”nın vaxtı dəyişdirildi

Ötən il meydana gələn izdiham və 2 mindən çox insanın həyatını itirdiyi faciənin yenidən yaşanmaması üçün ciddi tədbirlər alınıb

Səudiyyə Ərəbistanı builki həcc ziyarətində izdiham yaşanmasının qarşısını almaq məqsədi ilə “şeytan daşlama”nın müddətinə məhdudiyyət qoyub.

“Din.az” xəbər verir ki,  Səudiyyə Ərəbistanı mediasında yer alan xəbərlərə görə, şeytan daşlamanın saatı dəyişdirilərək məhdudlaşdırılıb. Bu il Minadakı şeytan daşlaması 11 sentyabrdan başlayaraq 3 gün ərzində davam edəcək.

Həcc Nazirliyinin yeni tənzimlənməsinə görə, bu il ilk gün səhər saat 6:00 ilə 10:30 arasında, ikinci gün 14:00-dan 18:00-a və axırıncı gün 10:30 ilə 14:00 arasında şeytan daşlanmayacaq.

Nazirlik, təqribən 1,5 milyon əcnəbi zəvvarları daşıyacaq 18 min avtobus hazırlayıb. Ehtiyyatda isə 1696 ədəd yeni avtomobil var.

Məkkə bələdiyyəsi 23050 işçisi, mövsümi işçilər, bələdiyyə və kənd işləri, izləyicilər və digər könüllülərin həcc zamanı xidmət etmək üçün təsis edilə biləcəyini açıqlayıb.  Məkkə və müqəddəs məkanları təmizləmək üçün təqribən 600 tozsoran ilə 13 min təmizləyici vasitələrdən istifadə olunacaq.

Bundan başqa, 58 tunel və 33 min restoranla birlikdə bələdiyyə, Minada 1110 müvəqqəti bərbər dükanı yerləşdirib.

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...