Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Həccə gedəcək zəvvarlar PEYVƏND OLUNACAQLAR

Səudiyyə Ərəbistanında qrip epidemiyasının yayılması ehtimal olunur.

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar peyvənd olunacaq.

Din.az APA-ya istinadən bildirir ki, bu barədə zəvvarlara təqdim olunan Həcc ziyarəti müqaviləsindəki şərtlərdə qeyd olunub.

Bildirilir ki, Səudiyyə Ərəbistanında yayıla biləcəyi ehtimal olunan qrip epidemiyasına görə zəvvarların peyvənd olunması lazımdır.

Qeyd edək ki, Azərbaycanda bu il Həcc ziyarətinə sənədlərin qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır. Azərbaycandan Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...