Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Həccə gedən zəvvarlar xüsusi cihazlarla izlənəcək

İnsan hüquqları müdafiəçiləri izləmə cihazına qarşı çıxdılar.

Çin hökuməti Məkkəyə həccə gedən zəvvarlara izləmə cihazı taxıb.

Din.az türk KİV-nə istinadən xəbər verir ki,cihazların zəvvarların təhlükəsizliyini təmin etmək üçün taxıldığı deyilsə də, insan hüquqlarının müdafiəçiləri bunu həddi aşmaq kimi dəyərləndirib.

Dövlətin idarəçiliyində olan Çin İslam Təşkilatının yaydığı şəkillərdə Çinin bəzi bölgələrindən Beijing hava limanına gələrək Məkkəyə uçacaq zəvvarların boynunda mavi ipdən asılmış “ağıllı kart”ların olduğu gözə dəyib. Bu cihazlarda GPS izləmə və şəxsi məlumatların yerləşdirildiyi bildirilir. Çin İslam Təşkilatının verdiyi məlumata görə, bu cihazlar istifadəçinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

İnsan hüquqları müdafiəçiləri isə bunu Çinin müasir müşahidə aparatlarından istifadə edərək müsəlmanları təqib etmək üçün göstərdikləri növbəti səylərdən biri kimi xarakterizə edib. “King`s College London”da Çinin insan hüquqları üzrə mütəxəssisi Eva Pils “bu, ibadətlərini yerinə yetirən müsəlmanları cəzalandırmağın yeni yoludur. Ağıllı kartlar daha çox cinayətdə şübhəli bilinən və ya təxirə salınmış həbs cəzasını çəkən şəxslər üçün istifadə edilir” deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...