Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
qmi-zevvarlarin-pulunun-hansi-halda-qaytarilmayacagini-aciqlayib_157207312984f9-xebervar_com

Həccə gedənlərin pulu qaytarıla bilərmi?

Share Button

QMİ zəvvarların pulunun hansı halda qaytarılmayacağını açıqlayıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarətdən imtina ilə bağlı yazılı xəbərdarlıq edib və şərtlərini açıqlayıb

Din.az APA-ya istinadən xəbər verir ki, QMİ-də qeydiyyatdan keçən zəvvarlardan ziyarət gününə 30 gündən az qalmış səfərdən imtina etdiyi halda ödədiyi vəsait geri qaytarılmayacaq.

Zəvvar səfərdən 30 gün öncə imtina edərsə, bu vəsaitin 25 faizini ala biləcək. 60 gün öncə imtina edəcəyi təqdirdə ödədiyi pulun 50 faizi, 90 gün öncə  imtina edərsə, məbləğin hamısı qaytarılacaq.

Bu şərtlər QMİ-nin səfər qeydiyyatı zamanı zəvvara təqdim etdiyi müqavilənin 5-ci bəndində qeyd olunub. Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb.

Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.

Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top