Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Həccə gətirilən qurbanların mənbəyi haradır? – VİDEO

20 mindən 120 minədək qoyun və keçi gəmilərə doldurulur…

Özünü Somalidən ayıraraq müstəqil Somali Lənd elan edən bu respublikanın müxtəlif bölgələrindən paytaxt Hargiyesaya milyonlarla qoyun və keçi gətirilir. Bu, Səudiyyə Ərəbistanına göndərilən heyvanlar Məkkəyə həcc ziyarətinə gedənlər üçün kəsiləcək qurbanlardır.

Somali Ləndin Yaxın Şərqlə mal-qara ticarəti ümumdaxil məhsul istehsalının 60 faizini təşkil etməklə yanaşı, iş yerlərinin 70 faizini əhatə edir. Mövlüd Həsən Cama heyvan bazarında 10 ildir işləyir. O deyir ki, bu bazarda həm pul qazanır, həm də müsəlman icmasının Həcc ziyarətinin yaxşı keçirməsinə dəstək olur.

Bazarda satıldıqdan sonra heyvanlar qan testi keçirmək və peyvənd vurulmaq üçün qırmızı dənizin Berbera limanına aparılır. Orada onlar bir neçə həftə saxlanılır. Yoxlamalar və peyvəndlərdən sonra 20 mindən 120 minədək qoyun və keçi gəmilərə doldurulur. Sərin olsun deyə, adətən yükləmə işləri gecələr görülür.

Hazırda Somali Lənd su yolu ilə Avstraliya və Həccə heyvan göndərən digər ölkələrlə rəqabətdədir. BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatından tədqiqatçı Əbdi Osman Hacı irəlidə getmək üçün Somali Ləndi sənayesini müasirləşdirməli olduğunu deyir: “Mən əminəm ki, Somali Lənd özünün ixrac dəyəri sistemini dəyişməsə hazırkı vəziyyətini itirəcək. Bazarlar dağılmış vəziyyətdədir, onları yeniləmək lazımdır”.

Tədqiqatçı heyvanların sağlamlığı baxımından da bu ölkənin geridə qalacağını bildirir. Bütün bunlara baxmayaraq Somali Ləndin Səudiyyə Ərəbistanı ilə heyvan ticarəti hələ ki, hər iki ölkənin mənfəətinə xidmət edir.

“Din.az” “a24.az”a istinadən videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...