Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Həkim qadının niqabını açmasını istədi, işindən oldu

“Hesab edirəm ki, böyük ədalətsizlik baş verib. Mən artıq həkim olmaq istəmirəm”.

Britaniyada 23 illik təcrübəsi olan həkim Kit Volverson (Keith Wolverson) müsəlman qadına qarşı diskriminasiyada ittiham olunub.

Din.az bildirir ki, bu barədə “The Mirror” yazır.

Həkimin sözlərinə görə, niqablı qadın tonzilitdən əziyyət çəkən on yaşlı qızını həkim müayinəsinə gətirib. Həkim onu üzə çıxan simptomlarla bağlı sorğu-suala tutub, ancaq buna cavab ala bilməyib.

O, qadının üzünü açmasını istəyib və sonuncu həkimin xahişini etirazsız şəkildə yerinə yetirib. Ancaq müsəlman qadın evə döndükdən sonra ərinə həkimin ona qarşı kobud davrandığını bildirib.

Cütlük K.Volversondan xəstəxana rəhbərliyinə şikayət edib. Şikayətə görə, həkim qadını niqabı çıxarmağa məcbur edib və tələbə tabe olmayacağı təqdirdə qızını müayinədən keçirməyəcəyini söyləyib.

Tibb işçisinə qarşı diskriminasiya ilə bağlı araşdırma başlanılıb. Ancaq həkim Baş Tibbi Şuranın (Britaniya) araşdırma nəticələrinin elan olunmasını gözləmədən, karyerasına son qoyub.

“Hesab edirəm ki, böyük ədalətsizlik baş verib. Mən artıq həkim olmaq istəmirəm”, – deyə Volverson bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...