Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Həlak olan polis Şeyxin nümayəndəsinin qardaşıdır

Prezident 1 həftə əvvəl təltif etmişdi …

Səməd Abbasov Azərbaycan prezidenti İlham Əliyevin yeni təltif etdiyi zabitlərdən olub.

Xəbər verdiyimiz kimi, DİN-in məlumatına görə, bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq aksiya keçirməyə cəhd göstərib.

DİN həmçinin bildirir ki, görülmüş tədbirlər nəticısindəə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Lakin aksiyanın qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində həlak olublar.

Din.az bildirir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, Səməd Abbasov Azərbaycan prezidenti İlham Əliyevin yeni təltif etdiyi zabitlərdən olub.

Belə ki, ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibətilə Səməd Abbasov “İgidliyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Səməd Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, “Lefortovo” məhbusu Seyid Tahir Qarabağinin qardaşıdır. / islamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...