Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Hellouin” bayramı keçirənlər məscidə hücum etdi… – FOTO

Şər ruh təlqin edənlər ABŞ-da məscidə zərər verdilər.

Azərbaycanda isə bir sıra məktəb və müəssisələrdə bu əcaib bayramı böyük həvəslə təşkil edərək bilərəkdən-bilməyərəkdən uşaqlarımıza, gənclərimizə şər ruh təlqin edənlər var…

Qərb ölkələrində qeyd olunan və meyit, şeytan, cin-şayətin təsvirləri ilə müşayət olunan əndrəbadi “Hellouin” bayramı ABŞ-ın Aydaho ştatındakı Tuin Fols şəhərinin məscidi üçün dağıntılarla nəticələnib.

Din.az Moderator.az-a istinadən bildirir ki, bu haqda həmin ştatın “Idaho State Journal” nəşri xəbər yayıb. Məscidin əməkdaşı İmad Yudjail noyabrın 1-də səhər saatlarında işə gəldiyində ibadətgahın böyük bir pəncərəsinin sındırıldığını görüb. 3 il ərzində şəhərin müsəlman icmasının ianələri hesabına, hər bir sent qənaətlə işlədilməklə tikilmiş bir məscid üçün bu, böyük zərərdir. İ.Yudjailin sözlərinə görə, sındırılmış pəncərə müsəlman icmasına 1200 dollara başa gəlib.

Məlumata görə, Aydaho polisi amerikalıların əcaib “Hellouin” bayramını hay-küylə qeyd edərək həvəslə özlərini şər qüvvə kimi göstərdikləri bir gecədə baş vermiş vandalizm aktını guya araşdırır.
Qeyd edilir ki, bu, Tuin-Fols məscidinə qarşı ilk vandalizm aktı deyil. Bir il öncə naməlum şəxslər məscidin həyətinə donuz ətinə bükülmüş bir xaç qoyub. Polis bu günədək hələ də cinayətkarları aşkar etməyib…

P.S. Azərbaycanda isə bir sıra məktəb və müəssisələrdə bu əcaib bayramı böyük həvəslə təşkil edərək bilərəkdən-bilməyərəkdən uşaqlarımıza, gənclərimizə şər ruh təlqin edənlər var…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...