Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Həm müsəlman olasan, həm də israf edəsən?!

Share Button

İnsanlar nə qədər çox şeyə sahib olursa, o qədər xoşbəxt ola biləcəyinə inanır, ya da inandırılır

İnsanlar izlədikləri şeylərin təsirinə düşərək hər zaman daha yaxşısını istəyirlər. Halbuki, İslamda istehlak etmək, israf və göstəriş yoxdur. Qənaət etmək və başqalarını da düşünmək vardır.

Dövrümüzün ən böyük problemlərindən biri; İstehlak etməkdir…

Bu gün Qərb cəmiyyətlərində daha çox yayılan istehlak xəstəliyi qloballaşma vasitəsi ilə bütün dünya ölkələrinə yayılmaqdadır. İnsanları israf etmək, tənbəllik və kasıblığa doğru sürükləməkdədir.

Çünki Qərb mədəniyyəti xoşbəxt olmaq üçün təkcə bir şeyin həyat məqsədi daşıdığını göstərir: istehlak!

“Xoşbəxt olmaq üçün çox istehlak et. Çox istehlak etmək üçün, çox al. Çox ala bilmək üçün, çox pulun olmalıdır. Çox puluvun olması üçün çox işlə. Çox pul ilə daha çox istehlak et”.

İnsanlar istehlak yarışına başlayıb.

Bu hal, problem olmaqdan başqa, artıq bir xəstəliyə çevrilmiş vəziyyətdədir.

İnsanlar nə qədər çox şeyə sahib olursa, o qədər xoşbəxt ola biləcəyinə inanır, ya da inandırılır.

İsraf etməyin və istehlakın sərhəd tanımadığı bugünümüzdə insanların çoxu, içinə düşdükləri girdabda batmağa davam edir. İnsanların günlük həyatında artıq sıravi gördüyü bir çox davranış israfa ciddi şəkildə nümunə oldu və israf etmək normal hal olmağa başlandı.

Boş yerə gedən zamanlardan, lazımsız yerə yanan işıqlara, lüzumsuz işləyən alətlərdən, zibilə atılan çörəklərə, artıq alınan əşyalardan, cızılıb atılan kağızlara qədər yüzlərlə sayıla biləcək bu davranışlar, israf və istehlak etmək kimi girdabın nə qədər böyük olduğunu göstərməkdədir.

Görəsən, bu vəziyyətin fərqindəyik?

Biz, hər ötən gün medianın təsiri ilə birlikdə ölçüsü olmayan bir istehlaka təşviq edilirik və bu da azmış kimi bunun bütün cəmiyyətə hakim olmasının vacibliyinə inandırılırıq.

İnsanlar izlədikləri şeylərin təsirinə girərək hər zaman daha yenisini istəyir… Yeni soyuducu, yeni divan-kreslo dəsti, yeni avtomobil, yeni, yeni, yeni…

Halbuki, İslamda istehlak çılğınlığı, israf etmək və göstəriş yoxdur.

Qənaət etmək, yığıcam olmaq və başqalarını da düşünmək var İslamda…

Uca Rəbbimiz, israfı qəti olaraq qadağan etməkdədir və israf edənləri şeytanların qardaşları olaraq xarakterizə etməkdədir.

Uca Rəbbimiz Araf Surəsi, 31-ci atədə belə buyurmaqdadır:

“Ey Adəmoğulları, hər dəfə məscidə getdiyiniz zaman gözəl əlbisələrinizi geyinin, yeyin, için, lakin israf etməyin. Çünki Allah, israf edənləri sevməz”. (Araf, 7/31)

Bir başqa ayədə isə belə buyurulmaqdadır:

“Ey insanlar, yer üzündəki təmiz və halal şeylərdən yeyin. Şeytana ayaq uydurmayın, çünki o, sizin açıq-aşkar düşməninizdir. (Şeytan) şübhəsiz sizə, pisliyi, əxlaqsızlığı və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edər”. (Bəqərə 2/168)

İslam tarazlıq dinidir, orta yoldur. O, insanlardan nə aç qalmalarını, nə də yeməkdə ifrata qaçmalarını istəyər.

İslam, insanların qarınlarını doyuracakları qədər yeməyi, Allahın nemətlərindən istifadə etməyi, amma israfdan uzaq durmalarını tələb edər.

Yəni insanlar üçün, “yemək üçün yaşamağı” deyil, “yaşamaq üçün yeməyi” nəzərdə tutur.

Həddindən artıq istehlak xəstəliyinin nə qədər böyük bir mənəvi narahatlıq yaratdığının bir an əvvəl fərqinə varılması və Cənabı Allahın bunun yanında hər cür xəstəliyimizə təcili şəfalar verməsi duası ilə…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir