Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Həmid Kərzai Qüdsü azad etməyin yeganə yolu barədə danışıb

“Əfqanıstan da başqa İslam ölkələri kimi Fələstin məsələsinə maraq duyur”.

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai Qüdsü azad etməyin yeganə yolunun müqavimət olduğunu vurğulayıb.

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai Qüdsü azad etməyin yeganə yolunun müqavimət olduğunu vurğulayıb.

Din.az xəbər verir ki, 32-ci Beynəlxalq İslami Vəhdət Konfransına qatılan Kərzai konfrans əsnasında “Farsnews” müxbirinə verdiyi açıqlamada, Əfqanıstanın da başqa İslam ölkələri kimi Fələstin məsələsinə maraq duyduğunu, çünki Qüdsün müsəlmanların ilk qibləsi olduğunu və zülm pəncəsindən tək qurtuluş yolunun müqavimət olduğunu qeyd edib.

Moskva sammiti və Əfqanıstanın gələcəyi üzərindəki təsirini də qiymətləndirən Kərzai Moskva zirvəsinin “Təhriki-Taliban” və Əfqanıstan Sülh Ali Şurası ilk dəfə xarici ölkələrin nümayəndələrinin hüzurunda eyni masaya oturmuş olmaları baxımından əhəmiyyət ifadə etdiyini, bu cür iclasların artmasını və Əfqanıstanda barışla nəticələnməsini ümid etdiklərini ifadə edib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...