Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Hər an cavab verə bilərik” – Səudiyyə İranı hədələdi

Adil el-Cübeyr: “Rəsmi Ər-Riyad müharibə istəmir, amma hazırkı durum qəbuledilməzdir.”

“Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda İran silahlarından istifadə olunub. Bu hücumlara cavab verilməsi hələ də gündəmdədir”.

Din.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib.

Adil el-Cübeyr rəsmi Ər-Riyadın müharibə istəmədiyini, amma hazırkı durumun da qəbuledilməz olduğunu bildirib:

“İran bölgədəki davranışlarını ölçüb-biçməlidir. “Aramco” neft müəssisəsinə hücumda istifadə olunan silahlar İrana aid idi və biz buna cavab verməyə hazırıq”.

Əlavə edək ki, sentyabrın 14-də Yəməndən Pilotsuz Uçan Aparatlarla (PUA) Səudiyyə Ərəbistanının neft müəssisələri (“Armaco”) vurulub.

ABŞ və Səudiyyə Ərəbistanı baş verən olaya görə İranı ittiham edir. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...